Yazı İçi 468×60

kulekhavaBakı və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə və gündüz 0-2° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."