Bakıda güclü yanğın – YENİLƏNİB + VİDEO

Müəllif: Baş Redaktor

Baş Redaktor

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Yeniçağ.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın “Rahatlığın Məkanı” MMC-nin ərazisində baş verib. Nəticədə həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış “Novartis” şirkətinə məxsus “Volkswagen” markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

https://www.facebook.com/yenicagaze/videos/1109955375783731/

***

Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

Yeniçağ.Az-ın həmin ərazidə olan əməkdaşının sözlərinə görə, hadisə Metropark tərəfdə baş verib. Yanğın dördmərtəbəli binanın qarajında partlayışdan sonra baş verib.

Hazırda hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb edilib. Yanğının söndürülməsi prosesi davam edir.

15782351_1228490420571236_443335108_n

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır