Bakıda Gürcüstan avtobusu yük maşını ilə toqquşub: yaralananlar var

Bakıda Gürcüstan avtobusu yük maşını ilə toqquşub: yaralananlar var

Müəllif: resul

Editor

qezaBakıda ağır yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən məlumat verir k, hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ ərazindən keçən hissəsində qeydə alınıb.

Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin adlı siyahısı:

1.Pərvanə Qaradalova 36 yaş
2. Rəfayel Aslanov 52 yaş
3. Mahir Aslanov 22 yaş
4. Kanan Abdullayev 23 yaş
5 Emin Məmmədov 33 yaş
6. Əbülfəz Şəmsiyev 28 yaş
7. Azər Meyxanov 41 yaş
8. Naib İsaqov 22 yaş
9. Ruslan Rəhimov 8 yaş

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti