!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıda idman bahadır, ya ucuz?

!Reklam – Yazi

352882_472068Son zamanlar manatın məzənnəsində baş vermiş dəyişikliyi bəhanə edərək süni qiymət artımı və digər sui-istifadə halları baş verir. Devalvasiyadan sonra şəhərin bir çox kafe və restoranlarında, ticarət mərkəzlərində qiymət artımı müşahidə olunsa da, idman sağlamlıq mərkəzlərində vəziyyət fərqlidir.

Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində məlum olub ki, idman zallarının çoxunda qiymətlər stabil qalıb. Bəzi zallarda isə qiymətlər aşağı düşüb.

Gənclərin idmana artan marağını nəzərə alaraq məsələni dəqiqləşdirmək üçün Bakıda metronun “Nərimanov”, “28 May”, “Neftçilər” və “Azadlıq prospekti” stansiyaları yaxınlığında yerləşən fitness zalları və idman sağlamlıq mərkəzlərinə üz tutduq.

İlk olaraq baş çəkdiyimiz metronun “28 May” stansiyası yaxınlığında yerləşən idman sağlamlıq mərkəzindən bildirdilər ki, qiymət artımı olmayıb. Verilən məlumata görə, aylıq üzvlük haqqı 10 aya yaxındır ki 80 manatdır.

Metronun “Nərimanov” stansiyası yaxınlığındakı ən məşhur idman zalına yollandıq. Burada üzgüçülük, sauna və trenajor zalının qiymətləri ilə maraqlandıq, dəyişiklik yox idi. Zalda məşq edən idmançılar da qiymət artımının olmamasını təsdiqləyiblər.

Daha sonra başqa istiqamətə getdik. Bu dəfə yolumuz metronun “Azadlıq Prospekti” stansiyası yaxınlığındakı ən məşhur idman və əyləncə mərkəzi oldu. Burada da eyni vəziyyətlə qarşılaşdıq. Mərkəzdən ötən il olduğu kimi aylıq üzvlük haqqının 80 manat olduğunu bildiriblər.

Dəqiq nəticəyə gəlmək üçün bir neçə məşhur idman zalları ilə telefonla əlaqə saxladıq. Bizə verilən cavablar heç də fərqli olmadı.

İnsanların maddi vəziyyətini nəzərə alaraq məhlələr arası idman zallarına getdikdə isə vəziyyət bir az fərqli idi. Döyüş növlərinin məşq qiymətləri ilə maraqlandıq. Deyilən qiymətlər arasında fərqli rəqəmlər oldu. Qiymətlər 20-40 manat arasında dəyişirdi. Bəzi zallarda qiymətlərin aşağı olmasının şahidi olduq. Məşqçilər açıqlamasında bunu müştərilərin azalması ilə əlaqələndiriblər.

Qeyd edək ki, idman mərkəzlərində qiymətləri öyrənmək üçün getdiyimiz zallarda müştərilərin az olması diqqətimizi çəkib. Məşqçilər bildirdilər ki, həm havaların soyuması, həm də insanların maddi vəziyyətinin aşağı olması səbəbindən ötən aylarla müqayisədə müştərilərin sayında xeyli azalma var.(milli)

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv