Bakıda iki qardaş bıçaqlandı

Müəllif: Redaktor

Editor

images (3)Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib.

Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır(trend).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır