Bakıda iki rəfiqənin faciəsi: arıqlamaq dərmanı onları öldürdü – FOTO

Müəllif: Redaktor

Editor

372775Qadınlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Son zamanlar onlar daha asan bir üsul seçiblər. Həmin üsulla arıqlamaq asan olsa da, qadınların həyatları bahasına başa gələ bilər. Qadınlar arıqlamaq üçün xususi həblərdən istifadə edirlər.

Bakıda dərman qəbul etməklə arıqlamaq istəyən iki yaxın rəfiqə həyatları ilə vidalaşmalı olub.

Hər iki qadın arıqlamaq üçün Tengda Plus dərmanından istifadə edib. Qadınlardan biri Cəmilə İsmayılovadır. Onun rəfiqəsinin adını isə Lalədir. İlk olaraq Lalə dünyasını dəyişib. Bir neçə gün sonra isə C.İsmayılova dərmanın qurbanı olub. Hətta C.İsmayılova rəfiqəsi öləndən sonra öz ”facebook” səhifəsində profil şəkli kimi rəfiqəsinin fotosunu yerləşdirib. Lakin vaxtsız ölüm onu haqladığından profil şəkli olaraq hələ də rəfiqəsinin fotosu qalıb.

Mərhumların yaxınları ilə əlaqə saxlamaq mümkün olmasa da, rəfiqələri onların məhz arıqlama dərmanından öldüklərini təsdiqlədilər(criminal.az).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir