Bakıda iki yeni marşrut xətti açıldı

Müəllif: Redaktor

Editor

112239_res_01Oktyabrın 3-dən “Baku-Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.

6 saylı marşrut avtobusunun hərəkət cədvəli “Azadlıq” metro stansiyası – akademik Həsən Əliyev küçəsində – Tbilisi prospekti – “Lider TV” – “Elmlər Akademiyası” metro stansiyası – “İçərişəhər” metro stansiyası – 20-ci sahə olacaq.

8 saylı marşrut avtobusu isə “Azadlıq” metro stansiyasından – Səməd Vurğun küçəsi – Heydər Əliyev sarayı – “28 may” metro stansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı – “Elmlər Akademiyası” metro stansiyası – “Koroğlu” parkı – “Gənclik” metro stansiyası – “N.Nərimanov” metro stansiyası – Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir(virtualaz).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir