Bakıda İtalyan dili həftəsi başlayır

Müəllif: Redaktor

Editor

Oktyabrın 20-dən 24-dək Bakıda İtalyan dili həftəsi keçiriləcək.

İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi, Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə zəngin İtaliya musiqisi, ədəbiyyatı və incəsənəti Azərbaycan ictimaiyyətinə təqdim olunacaq.

Xatırladaq ki, hər il bütün dünyada oktyabr ayının 3-cü həftəsi “Dünya İtalyan Dli Həftəsi” kimi qeyd olunur. Bu müddət ərzində ayrı-ayrı ölkələrdə İtaliyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, diplomatlarının iştirakı ilə silsilə tədbirlər keçirilir, italyan dilinin bəşəriyyətə bəxş etdiyi yüksək dəyərlərdən söhbət açılır.

Azərbaycanın media nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə, Azərbaycan-İtaliya əlaqələrinin inkişafına öz töhfələrini verməyə çağırırıq.

Həftənin proqramını diqqətinizə təqdim edirik:

20 Oktyabr, 2015-11:00

132-134 saylı Təhsil kompleksi – İstiqlaliyyət küçəsi, 11\13 (Bakı)

“Biz İtalyan dili Məktəbinə gedirik”

Tədbirdə İtalyan dili və mədəniyyəti dram əsərlərindən parçalar, musiqi və poeziya nümunələri vasitəsilə şagirdlər tərəfindən nümayiş etdiriləcək.

21 Oktyabr, 2015 – 19:00

İncəsənət Muzeyinin Konsert Zalı – Niyazi küçəsi, 9\17 – (Bakı)

“Uno per Uno”

İsveçrəli sənətçilərin iştirakı ilə müasir poeziya və musiqi aləminə səyahət.

22 Oktyabr, 2015 – 19:00

Filarmoniya – İstiqlaliyyət küçəsi, 11\13 (Bakı)

“Dante və Füzuli arasında dialoq”

Simfonik Musiqi Orkestrinin Dante Aligierinin 750 illik yubileyinə həsr olunmuş konserti.

Gecədə F. Liszt, K. Ali-zadə, S. Muscaritolonun əsərləri səsləndiriləcək.

23 Oktyabr, 2015 – 15:30-20:30

Bakı İtaliya Mərkəzi

“İtaliya və İtalyan dilinin aşkar edilməsi”

Bakı İtaliya Mərkəzində İtalyan dili və mədəniyyəti ilə maraqlananlar üçün açıq qapi günü olacaq.

24 Oktyabr, 2015 – 20:30

“Scalini” İtaliya Restoranı – Bakıxanov küçəsi, 2

“İtalyan Mətbəxinin sədası”

Gecə qədim İtaliya mətbəxi və musiqisi arasında olan əlaqəyə həsr olunacaq.

Qonaqlar ənənəvi İtaliya musiqinin sədaları altında İtaliya yeməklərinin dadına baxa biləcəklər.(trend.az)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir