www.sinerjipro.net

SinerjiProWide
Reklam

siaphoto_503003Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşləri böyük maraqla davam edir. Sia-nın məlumatına görə, həlledici görüşdə Rusiyanı təmsil edən iki şahmatçı – Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşır. Mütəxəssislər rəqiblərin təxminən bərabər səviyyədə olduğunu söyləsə də, Svidlerin Dünya Kubokunda sərgilədiyi perfomansı unudurlar. Bakıdakı yarışda Pyotr yüksək performans və sürətli oyun nümayiş etdirir. Rəqiblərini yaxşı təhlil edən Svidler gedişlər zamanı uzun düşünmür.

Finala gəldikdə, ilk iki görüşdə azarkeşlər Pyotr Svidlerin Sergey Karyakin üzərində qələbəsinə şahidlik etdi. Heç kim ilk görüşlərdə Karyakinin acınacaqlı məğlubiyyətini gözləməsə də, Sergey rəqibindən “iki zərbə” aldı. İlk partiyanın taleyini Svidlerin debütü həll etdi. Ağ fiqurlarla mübarizə aparan Pyotr maraqlı debüt seçimi ilə Karyakini çaşdırdı. Saat yarımlıq oyundan sonra Svidler 16.d4 gedişi ilə hamını təəccübləndirdi. Artıq çoxları şahmatçıların fiqurları dəyişəcəyini, sonra isə heç-heçəyə razılaşacaqlarını gözləməyə başladı. İstənilən halda Rusiya şahmatı qələbə qazanacaq. Deməli qrossmeysterlər klassik partiyalarda risk etməyə bilər.

İlk görüş göstərdi ki, Svidlerlə Karyakin arasında şahmat taxtasından kənarda heç bir danışıq olmayıb. Fiqurları dəyişməyə tələsməyən Svidler piyadanı itirmədi, üstəlik mərkəzdə irəliləməyə başladı. Karyakinin Rb8 gedişi məğlubiyyətini tezləşdirdi. Svidler üstünlüyü sona qədər davam etdirərək rəqibin şahını mat vəziyyətinə saldı. Bu məğlubiyyətdən sonra şok yaşayan Karyakin səhərisi gün belə özünə gəlmədi.

İkinci görüşdə Karyakin ağ fiqurlarla oynadı. Sözsüz ki, Sergey əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışdı, amma yenə də bir sıra səhvlərə yol verdi. İlk görüşdə Svidler debütü sayəsində uğur qazanmışdısa, bu dəfə Karyakin özü rəqibin sevinməsinə kömək etdi. Ağ fiqurlar üstünlük qazansa da, onu inkişaf etdirə bilmədi. Nəticədə, hətta kompüter belə görüşün heç-heçə başa çatacağını proqnozlaşdırdı. Ağ fiqurlar hücum etsə belə, Svidlerin qara fiqurları ustalıqla müdafiə olunurdu. 38.Rd5 Nb6 gedişindən sonra Karyakin təslim olmağa məcbur oldu. Ağır fiqurlarını itirən Sergey oyun nizamını qoruya bilmədi. Düzünü desək, Svidler qələbə üçün heç nə etmədi, amma məğlubiyyətə də layiq deyildi. Pyotr sadəcə Karyakinin “hədiyyə”sindən istifadə etdi.

Beləliklə, finalın nəticəsi bir qədər erkən məlum ola bilər. İlk iki görüşdə qələbə qazanan Svidler artıq Dünya Kubokunu qazanmağa çox yaxındır. Svidlerə 2011-ci ildəki uğurunu təkrarlamaq üçün ağ fiqurlarla heç-heçə kifayət edəcək. Bu gün saat 15:00-da həm Svidler, həm də Karyakin üçün tarixi oyun start götürəcək. Sayca 8-ci dəfə baş tutan Dünya Kuboku yeni sahibinə qovuşacaq. Svidler uğurun bir addımlığındadır, Karyakinə isə yalnız möcüzə kömək ola bilər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.