yenicag.az
yenicag.az

Bakıda köhnə binalar sökülür

Bakıda köhnə binalar sökülür

Müəllif: Redaktor

Editor

ndsdfbjk67“Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək”.

Bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun sözlərinə görə, Bakının mikrorayonlarında bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb.

K.Heydərov bildirib ki, həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək: `Konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək`.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti