!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

!Reklam – Yazi

Bakıda körpələr evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.az

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv