www.sinerjipro.net

SinerjiProWide
Reklam

ppx_police_azerb_polis_patrul4Bakıda sərxoş gənclərlə polis əməkdaşları arasında insident baş verib.

Səbail rayonu, Xəqani küçəsində sərxoş vəziyyətdə olan iki gənc ucadan danışmaqla, nalayiq sözlər işlətməklə vətəndaşları narahat etdikləri üçün ərazidə olan polis əməkdaşları onları intizama dəvət ediblər.

Sərxoş olan İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Cahid Əliyev və qardaşı 1994-cü il təvəllüdlü Zahid Post Patrul Xidməti Bölüyünün polis serjantları 1996-cı il təvəllüdlü Fərid Rəfullayev və 1992-ci il təvəllüdlü Emin Atakişiyevə tabe olmayaraq müqavimət göstəriblər. Nəticədə sərxoş qardaşlarla polislər arasında insident baş verib.
F.Rufullayev baş nahiyəsinin əzilmiş-deşilmiş yarası, E.Atakişiyev isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

C.Əliyev və qardaşı Z.Əliyev isə saxlanılaraq polis bölməsinə aparılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır(report).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."