yenicag.az
yenicag.az

Bakıda magistral yolda zəncirvari qəza – 3 nəfər ağır yaralandı

Bakıda magistral yolda zəncirvari qəza – 3 nəfər ağır yaralandı

Müəllif: Redaktor

Editor

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

Yasamal rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin Salamnews-a verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər – 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.(Lent)

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti