Bakıda maşınlar “su qiymətinə” satılır

Bakıda maşınlar “su qiymətinə” satılır

Müəllif: Redaktor

Baş Redaktor

photo_18095Dünya bazarında neftin ucuzlaşması, Azərbaycanda gəlirlərin azalması və iqtisadi aktivliyin aşağü düşməsi özünü avtomobil bazarında da göstərib. Gəlirlər azaldıqdan, üstəlik belə vəziyyətin gələn il də davam edəcəyi məlum olandan sonra avtomobillər sürətlə ucuzlaşmağa başlayıb.

«Yanacaq sərfiyyatına və sığorta xərclərinə baxırlar»

Artıq alıcılar avtomobili alarkən indiyədək o qədər də ciddi nəzərə alınmayan məsələlərə- ehtiyat hissələrinin qiymətinə, yanacaq sərfiyyatına, hətta sığorta xərclərinə də diqqət edirlər. Maşınların qiymətinin aşağı düşməsinə taksilərlə bağlı yeni standartların tətbiqi də səbəb olub. Fins.az-ın məlumatına görə, bütün bunlar nəticəsində avtomobillərin kəskin ucuzlaşması ilə nəticəənəb. Bəzi modellərdə ucuzlaşma 50%-ə çatır. Hətta satılmadığına görə 80-100 min manat ucuzlaşan avtomobillərvar.

«14 ay bazarda qalandan sonra 16 min manata satıldı»

Avtomobil satıcıları “alver”in olmamasında narazıdırlar. Maşın bazarında və avtomobil salonlarında çalışanlar günün bütün günü müştəri gözləməklə keçirirlər. Satıcılar bildirir ki, ötən il ay ərzində 10-12 maşın satılırdısa, indi 3-4 avtomobil satmaq mümkün deyil. Maşınlarla maraqlananlar da kəskin azalıb. Olanlar isə avtomobilə görə çox ucuz qiymət təklif edirlər.

Avtomobil satışlarının azalması nəticəsində qiymətlər də xeyli ucuzlaşıb. Məsələn, avtomobil satıcısı Oley Şamxalov fins.az-a bildirib ki, iyul ayında 18900 manata satılan “Mercedes E 200” avtomobilini hazırda 9-10 min manata alan tapılmır. Onun sözlərinə görə tanışlarından birinə Almaniyadan “Mercedes E 220” avtomobili alıb gətirmək 22 min manata başa gəlib. Avomobil bazarda 14 ay qalandan sonra 16 min manata, həm də hissə-hissə ödəməklə satılıb. Üstəlik, həmin şəxs avtomobilin satılmadığı dövrdə bazarda saxlanılmasına görə 2 min manat da ödəməli olub.

“Mercedes”, “Toyota”, “KİA” və “Hyundai”lar kəskin ucuzlaşıb

Bəzi maşınların qiymətində isə az qala ikiqat ucuzlaşma var. Belə ki, bir neçə ay əvvəl alıcılar arasında çox populyar olan “Mercedes E Class 350” avtomobili 28 min manatdan 16 min manata kimi ucuzlaşıb.

2014-cü il model 2.4 litr mühərrikli «Hyundai Sonata» avtomobili 25 min manatdan 16 min manata, eyni istehsal ilinə və eyni mühərrikə malik «KİA Optima» avtomobili isə 23 500 manatdan – 15 min manata kimi ucuzlaşıb. Bir il əvvəl 18-19 min manata asanlıqla satılan 3,8 litr mühərikli 2008-ci il model «Mitsubishi Pojero» indi 11-13 min manata təklif edilsə də, alan yoxdur.

Avtomobil satıcısının sözlərinə görə, «Toyota» avtomobilləri də 10 min manata kimi ucuzlaşıb. Məsələn, əvvəl 38 min manata satılan 2009-cü il model «Toyota Prado»nun qiyməti 22 min manata kimi ucuzlaşıb. Ötən il 35 min manata satılan 2,7 litr mühərrikli 2012-ci il model «Toyota Prado» isə hazırda 25 min manata təklif edilir.

«Opel» avtomobilləri isə ümumiyyətlə «su qiyməti»nə düşüb – bu maşınlar 5-6 min manata kimi ucuzlaşıb. O.Şamxalovun sözlərinə görə, 2008-ci il model «Opel Vectra» əvvəl 13 min manata satılırdırsa, indi qiymətlər 7 min manata enib. 1998-2003-cü il model 1,6-1,8 mühərrikli «Opel Astra» isə 8 min manatdan 2-4 min manata qədər ucuzlaşıb.

Böhran kiçik biznes avtomobillərini “vurub”

Bəzi avtomobillərin satışının azalması isə iqtisadi böhranla bağlıdır. Bununla bağlı xüsusilə də biznes modellərinin satışı azalıb. O.Şamxalov “Fiat” avtomobillərinin satılmamasını kiçik biznesin azalması ilə əlaqələndirib. Məsələn, əvvəl hər hansı kiçik yük daşımalarda əlverişli olan bu avtomobillərin qiyməti 50 % aşağı düşüb. Belə ki, əvvəl 15 min manata satılan 2012-ci il model “Fiat”lar indi müştərilərə 10 min manata təklif edilir.

Bu avtomobillər 40-80 min manat ucuzlaşıb

Satıçıların sözlərinə görə manatın ucuzlaşmasından sonra avtomobil alıcıları qənaətə üstünlük verməyə başlayıblar. Buna görə də iri mühərrikli və bahalı avtomobillər daha çox ucuzlaşıb. Son illər Bakının imkanlı təbəqəsi arasında populyar olan və statusu nümayiş etdirən “Lexus”, “Galenvagen”, “Maserati”, “Bentley”, “Porsche” və “Range Rover” kimi bahalı markaların qiymətləri 40-100 min manat arasında ucuzlaşıb. Məsələn, əvvəl 100-105 min manata satılan 2012-ci model 5.7 litr mühərrikli “Lexus” hazırda 50-55 min manata satılır. 6.3 litr mühərrikli 2013-cü il model “Gelendevagen” isə 150 min manatdan 100-95 min manata kimi ucuzlaşıb. Tanışlar öz aralarında bu avtomobili 110-120 min manata alırlar. 2012-ci model 4.7 litr mühərrikli “Maserati Cardekho” avtomobili ötən il 145 min manata satılırdı. Bu il isə onun qiyməti 80-95 manata kimi ucuzlaşıb. 2012-ci il model 4.8 l mühərrikli “Porsche Panamera” avtomobilin qiyməti 110 min manatdan 60-65 min manata enib.

“Bentley”lərin qiyməti də göydən yerə «enib»

Ən böyük ucuzlaşma isə “Bentley” və “Range rover” avtomobillərində müşahidə olunur. bu avtomobillər nə az nə çox 80 min manat ucuzlaşıb. 190 min manatlıq 5.0 l mühərrikli 2014-cü il model “Range Rover”lər 110-115 min manata satılır. 2012-ci il istehsalı olan “Bentley Coupe” avtomobilinin qiyməti isə 520 min manatdan 200 min manata enib. (fins.az)

İqtisadiyyat, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti