Yazı İçi 468×60

yangin_191120dfBakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.

Hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.

Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

09:33
***

Səhər saatlarında Bakının Binəqədi rayonunda İqtisadiyyat Universitetinə məxsus yataqxanada baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

AzNews.az xəbər verir ki, məlumatda yataqxananın 2-ci mərtəbəsində ümumi sahəsi 28 m2 olan 1 otağın eyvanının yanar konstruksiyalarının 6 m2 sahədə yandığı və yüksək temperaturdan 1 ədəd televizor əridiyi bildirilir. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."