Bakıda Məhəmməd Əli üçün ehsan veriləcək

Müəllif: Redaktor

Editor

Muhammadqaqa256 (5)Sabah Buzovna qəsəbəsində yerləşən Məşədi Qərib məscidində, Hacı Soltanın təşkilatçılığı ilə, əfsanəvi boksçu Məhəmməd Əlinin 3 mərasimi ilə əlaqədar ehsan süfrəsi veriləcək.

Bu barədə Sputnik-ə Hacı Soltan məlumat verib.

Ramazan ayı olduğu üçün, mərasim axşam saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək. Hacı Soltan əfsanəvi boksçu haqqında kitab yazdığını da qeyd edib.

“1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim”, – Hacı Soltan bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu ilə görüşə gedə bilməsə də, Məhəmməd Əli ona öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib: “Bir sözlə, bizim qiyabi dostluğumuz olub”.

Təşkilatçı sabahkı ehsan mərasiminə bir çox idmançıları və digər ictimai xadimləri də dəvət etdiyini bildirib.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır