Yazı İçi 468×60

Bakının Xəzər Rayon Məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb.

Yeniçağ.Az xəbər verir ki, hadisə hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı baş verib.

Məlumata görə, məhkəmənin gedişindən narazı olan təqsirləndirilən Elvin Qasımov məhkəmə nəzarətçilərinin və proses iştirakçılarının gözləri qarşısında əvvəlcədən üzərində gizlətdiyi ülgüc ilə boğaz və qol nahiyələrinə xəsarət yetirib.

O, “Təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Qasımov Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilir. (Report)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."