HighTechnic

hightechnic
Ads by Google

yangin esas edfvgtfy704Bakı şəhərində “Mərkəzi” kafedə və Bristol mehmanxanasında yanğın olub.

Yenicag.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “Mərkəzi” kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.

Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən Bristol mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb.

Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."