Yazı İçi 468×60

Mekte_b2_5“Nərimanov rayonu ərazisində yerləşən 73 saylı orta məktəb söküləcək”.

Bu haqda Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva məlumat verib.

Sektor müdiri deyib ki, məktəbin söküntüsü növbəti il üçün planlaşdırılıb:

“Azərbaycan prezidentinin 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən Nərimanov rayonu 73 saylı tam orta məktəbin sökülərək yenidən tikilməsi nəzərdə tutulub. İşin icrasına 2016-cı ilin yay aylarında başlanması gözlənilir”.

Məktəbdə təhsil alan şagirdlərə gəlincə, A.Tairquliyeva deyib ki, tikinti işləri yay tətili günlərinə planlaşdırıldığından problem yaşanmayacaq: “Tikinti işlərinin 3 ay müddətində başa çatdırılması nəzərdə tutulub. Yeni tədris ilinə çatmasa belə, şagirdlər yaxınlıqdakı məktəblərdə müvəqqəti yerləşdiriləcək”.

Məktəbdə çalışan müəllimlərin və övladları burada təhsil alan valideynlərin Modern.az-a bildirdiyinə görə isə təhsil ocağının sökülkəndən sonra yenidən tikiləcəyinə inanmırlar. Çünki 73 saylı məktəb Nərimanov ərazisindəki Böyük Şor adlanan yaşayış sahəsində yerləşir. Bu ərazinin isə yaxın gələcəkdə tədricən sökülməsi planlaşdırılır. Məktəbdə çalışan müəllimlərə özlərinə yeni iş yeri tapmaları üçün xəbərdarlıq edildiyi də bildirilir(modern).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."