www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakının Suraxanı rayonu 146 nömrəli orta məktəbdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Orta məktəbdən Trend-ə verilən məlumata görə, hadisə aprelin 3-də məktəbin hərbi hazırlıq dərsi zamanı baş verib:

“Hadisə hərbi hazırlıq müəllimi Ramiz Şahmurovun gözü qarşısında baş verib. 1989-cu il təvəllüdlü Nizami Kərimov orta məktəbə gəlib və məktəbin 10-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Rəşad Novruzovla mübahisə edib. Mübahisə R.Novruzovun sinif yoldaşı olan qız üstündə baş verib. Məktəbə gələn N.Kərimov həmin qızı sevirmiş. Qızın sinif yoldaşı R.Novruzovla mübahisə edən N.Kərimov sonda özü ilə gətirdiyi bıçaqla ona xəsarət yetirib. Nəticədə R.Novruzov bud nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib”.

Hadisə nəticəsində xəsarət alan R.Novruzovun hazırda səhhəti normaldır və o aprelin 7-də xəstəxanadan evə buraxılıb.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən N. Kərimov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. Hadisə ilə bağlı məktəbin rəhbər işçiləri və şahidlər dindirilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."