Bakıda mənzildə 75 yaşlı qadının cəsədi tapılıb

Müəllif: resul

Editor

oldu_e8Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1941-ci il təvəllüdlü Allahverdiyeva Rima Amuxan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenicag.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 10:40-da başa çatıb.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır