www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yenicə abadlaşdırılan park sökülür. Həmin küçədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlığı aradan qaldırmaq üçün yol parkın ərazisi hesabına genişləndiriləcək.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.

Daha əvvəl də həmin küçədə böyük ağaclar olan park var idi. İki il öncə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində ağacların bir hissəsi kəsilərək yerində fontan tikildi. İndi isə park tamamilə ləğv olunur və yolun ərazisi hər istiqamət üzrə bir zolaq genişləndirilir.

Doğrudur, həmin küçədə böyük tıxaclar olur və yolun genişləndirilməsinə ehtiyac var, amma park yeni təmir olunub və buna xeyli vəsait xərclənib. Yenicə abadlaşdırılmış parkın sökülərək yol salınmasının hansı zərurərtdən edildiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."