dava“Bakı Metropoliteni”ndə Nigeriya vətəndaşını döyüblər.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Sputnik-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

İnsident dekabrın 26-sı saat 17:30-da “28 May” metro stansiyasında baş verib. 1999-cu il təvəllüdlü Bakı sakini Emin Nəcəfzadə və 2000-ci il təvəllüdlü Hacıağa Məmmədli, 1980-ci il təvəllüdlü Nigeriya sakini Kinq Stanneynini döyüblər.

Nəticədə nigeriyalı Kliniki Tibbi Mərkəzə yardım üçün müraciət edib. Xuliqanlıq faktı üzrə aparılan ilkin araşdırma zamanı məlum olub ki, azərbaycanlılarla nigeriyalı arasında münaqişə təhqir üstündə başlayıb.

Gənclər Stanneyniyə Azərbaycan dilində “qara meymun” deyiblər və bilməyiblər ki, afrikalı dilimizi bilir. Meymunla müqayisə edildiyini görən nigeriyalı dözməyərək Nəcəfzadə və Məmmədliyə yumruq atıb.

Bundan sonra onlar arasında dava başlayıb. Gəncləri ətrafdakı insanlar sakitləşdirib və hadisə yerinə polis əməkdaşları gəliblər. Nigeriyalı isə təkcə Azərbaycan dilini deyil, ingilis dilini də bilir və Bakıda repetitorluqla məşğul olaraq xalqımızın balalarına ingilis dilini öyrədir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."