Bakıda nişanlı rəfiqəsini şantaj edən qızı avtomobillə vurdular

Müəllif: resul

Editor

qadinBakıda 28 yaşlı qadın döyülüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əliyeva Səidə Şahin qızı nişanlı olan rəfiqəsi L.M.-nı (şərtidir) digər bir şəxslə görüşdüyü vaxt fotosunu çəkib və onu həmin fotoşəkillə şantaj edib.

Bundan əsəbiləşən L.M. anası ilə birgə S.Əliyevanı “Turan” mebel evinin qarşısında avtomobillə vurub.

Onlar daha sonra S.Əliyevanı döyüblər və ərazidən uzaqlaşıblar.

S.Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır