Oğlunu bıçaqlayan ata məhkəmə zalından azadlığa buraxıldı

Oğlunu bıçaqlayan ata məhkəmə zalından azadlığa buraxıldı

Müəllif: Redaktor

Editor

hebs_451Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu bıçaqlamaqda təqsirləndirilən Rafael Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az.az report-a istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə R.Mehdiyev barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. R.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə Bakının Xəzər rayonunda baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev qan içində xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyat olunub. Həkimlər R.Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. R.Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbləşdirib.

Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.

 

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti