Yazı İçi 468×60

dfae895a6da064af3c0a76b8309f332bBakıda qətl hadisəsi baş verib.  Yenicag.az APA-ya istinadən xəbər verir  ki, ağır cinayət hadisəsi paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib. Belə ki, Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti-110 ünvanında yerləşən “Lion” kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Əmrah Qarayevin oğlunun Bəxtiyar adlı dostu da onun yanında olub. O, ata və oğulun bıçaqlandığını gördükdə, özünə məxsus motosikletlə qaçmağa çalışıb. Lakin Elməddin və Niyaməddin Ağayev qardaşları onun təqib ediblər və yolda saxlayaraq döyüblər. Daha sonra Niyaməddin Ağayev “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. O, cinayət aləti sayılan bıçağı da özü ilə aparıb. Lakin dərhal axtarışa verilən avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Elməddin Ağayev isə “Lion” kafesinin Bəxtiyar adlı sahibinin “BMW X5” markalı avtomobili ilə qaçıb. Həmin avtomobil sonuncu dəfə Naximov küçəsində “Təhlükəsiz Şəhər” kameralarına düşüb, daha sonra isə gözdən yayınıb. Elməddin Ağayevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Ələddin Qarayev yaralanan oğlu Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunubmuş. Axtarışa verilən Elməddin Ağayev isə iki dəfə məhkumluq həyatı yaşayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."