Bakıda olmayan spesifik restoran

Bakıda olmayan spesifik restoran

Müəllif: Redaktor

Editor


15571133_1815747838648530_671734289_nDünyanın bir çox böyük şəhərlərində qaranlığa qərq olmuş və yalnız kor ofisiantların xidmət göstərdiyi xüsusi restoran və kafelər var. Bu yönlü restoranlara London, Paris, Sürix, Tokio və Moskvada rast gəlinir.

Tam qaranlıq olan restoranda təkcə korlara xidmət göstərilmir. Axı şəhərdə nə qədər gözdən əlil olanlar var ki… Onların gəlişini gözləməklə restoran işlətmək olmaz. Ona görə də restoran adi, lakin qaranlıqda yeməyin necə bir hiss olduğunu və ya “kor olsam restoranda necə yemək yeyərəm?” kimi ekstrim hisslər yaşamaq istəyən bütün insanlara qapılarını açır. Lakin bu restoranda dəyişilməz şərt personalın gözdən əlil insanlardan təşkil olunmasıdır.

Yeri gəlmişkən qeyd edək ki, dünya işığından məhrum olmuş gənclərin bir məkana yığışıb, vaxt keçirmək ehtiyaclarını nəzərə alaraq Bakıda da bu cür restoranın açılması təqdirəlayiq olardı.

 

 

Z.Zakirqızı
Yenicağ.az

Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti