Bakıda polis güllələnib

Bakıda polis güllələnib

Müəllif: Redaktor

Editor

f7d46137230cfde8a27a543c7c66918cBakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***

Bakıda silahlı insident olub.

Hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsindən faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır(APA).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti