Bakıda qəbiristanlıqdan sinə daşı oğurlanıb

Bakıda qəbiristanlıqdan sinə daşı oğurlanıb

Müəllif: Redaktor

Editor

Yasamal RPİ-də cinayət işi başlanılıb

Bakıda “Yasamal qəbirstanlığı” kimi tanınan ərazidən qranitdən olan sinə daşı oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb.

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı “Yasamal qəbirstanlığı” kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib.

Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb.

Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

 

Yenicag.az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti