yenicag.az
yenicag.az

Bakıda qadın özünü yandırmaq istədi

Bakıda qadın özünü yandırmaq istədi

Müəllif: Redaktor

Editor

16654Hacıməmmədovanın yemək almaq üçün pulu qalmayıb.

Sentyabrın 15-də Bakıda Heydər Əliyev prospektində yerləşən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qarşısında xoşagəlməz hadisə baş verib.

Bu barədə Nərimanov rayon Polis İdarəsindən bildiriblər.

Alınmış məlumata əsasən, Akademiyanın qarşısında gənc qadın etiraz əlaməti olaraq, üzərinə kerosin töküb və intihara cəhd göstərib.

Lakin yaxınlıqdan keçən sakinlər ona bu əməli törətməyə imkan verməyiblər.

Hadisə yerində 18-ci polis bölməsinin əməkdaşları çağırılıb.

Məlum olub ki, özünü yandırmağa cəhd edən 1977-ci il təvəllüdlü Qazax rayon sakini Hacıməmmədova Huriyə Hacırəhim qızıdır. Qadın akademiyada xadimə kimi işləyirmiş və bir müddət əvvəl işdən çıxarılıb.

Hacıməmmədova etiraf edib ki, bu iş ona övladlarını dolandırmağa kömək edirmiş. İndi isə onun yemək almaq üçün pulu qalmayıb və ona görə də, Hacıməmmədova özünü yandırmaq qərarına gəlib.

Hazırda faktla bağlı araşdırma aparılır(vesti).

Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti