Bakıda qadına qarşı vəhşilik edən yol polisi barədə – Yeni faktlar

Müəllif: Redaktor

Editor

polisvehshilikBakıda xanım sürücünü döyən və özünü polis yox, əsl dələduz kimi aparan yol polisi barədə yeni faktlar məlum olub.

99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət Zeynalov əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində 4-cü tağımın komandiri vəzifəsində çalışıb. Lakin işində yol verdiyi çoxsaylı nöqsanlara, vətəndaşlara qarşı kobud rəftara görə vəzifəsini itirib. Hazırda idarənin inspektoru vəzifəsində çalışan Zeynalovun xidmət apardığı ekipajın digər üzvü Tapdıq adlı polis əməkdaşı ilə eyni əməlləri davam etdirdiyi məlum olub. Maraqlıdır ki, Tapdıq idarənin alay komandiri, polkovnik-leytenent Rəşadət Babayevin yaxın qohumudur.(Aznews)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır