Bakıda qadınları vahiməyə salan “gülsatan oğlan” efirə çıxdı – Foto

Bakıda qadınları vahiməyə salan “gülsatan oğlan” efirə çıxdı – Foto

Müəllif: Redaktor

Baş Redaktor

64257Bir neçə gündür Bakıda qadınların vahimə ilə müzakirə etdikləri “gülsatan oğlan” tapıldı.

ATV telekanalında Zaur Baxşəliyevin “Bizimləsən” verilişinə çıxan gənc haqqında yayılan xəbərləri yalanlayıb.

Salyanın Sarvan kəndindən olan, 1989-cu il təvəllüdlü Nüsrət Allahyar oğlu, dediyinə görə, Ankara Universitetinin riyaziyyat fakültəsində oxuyur. Atasını itirən gənc ailəsini dolandırmaq, təhsilini davam etdirmək üçün və əsas da viza almaq üçün Azərbaycana gəlir. Vizası gecikən oğlan Bakıda qalmalı olur. Türkiyədə gül sataraq dolanan Nüsrət burada da bu peşəni davam etdirir. Bir gün bir evə gül gətirən oğlan xanım tərəfindən yanlış anlaşılır və xanımın çəkdiyi video internetdə sürətlə yayılır.

Nüsrət deyir ki, video yayılandan heç yerə çıxmayıb. Gənc həmçinin bildirib ki, Azərbaycanda hərbi qulluğunu da başa vurub.(moderator)

Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti