Bakıda qanlı gecə-Fotolar

Müəllif: Redaktor

Editor

726555739dfa0e426feeea31b570f335Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomaşın “Şəfa” stadionunun yanında yolu keçmək istəyən və hələlik kimliyi müəyyən edilməyən piyadanı vurub. Zərbənin təsirindən piyada olduğu yerdən 30 metr kənara düşüb və oradaca keçinib. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və yol patrul xidmətinin əməkdaşları gəliblər. Olay yerinin müayinəsi zamanı məlum olub ki, kimliyi müəyyən edilməyən şəxs “Şəfa” stadionun yanındakı piyada keçidindən istifadə etməyib. Nəticədə də avtomobil tərəfindən vurularaq canından olub.

Qeyd edək ki, qəzadan sonra Heydər Əliyev prospektində sıxlıq yaranıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Polis əməkdaşları “Mercedes”in sürücüsünün ifadəsini almaq üçün polis idarəsinə aparıblar. Onun maşını isə cərimə meydançasına qoyulub. Təxminən yarım saatdan sonra Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır(APA)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir