www.sinerjipro.net

SinerjiProWide
Reklam

137761_res_01Bakıda qətl hadisəsi törədilib.

Hadisə Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsi 9 ünvanında baş verib.

55 yaşlı Rafis Mirzəyev bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan Rafis Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Qətlin baş verdiyi əraziyə baxış keçirilib.

55 yaşlı Rafis Mirzəyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda şahid ifadələri alınır, ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.

Nərimanov Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 95
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."