!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qanlı hadisə – Qayınanasının boğazını kəsdi

!Reklam – Yazi

bicaq_boq94Bakıda 56 yaşlı qadın boğaz nahiyəsindən bıçaq xəsarətləri alıb.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, “Yeni sahə” adlanan ərazidə baş verib.

Belə ki, 1960-cı il təvvəllüdlü Hüseynova Bəsti Kərim qızı münaqişə zəminində kürəkəni Füzuli Musyaev tərəfindən boyun nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan B.Hüseynova xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Bəsti Hüseynovanın qızı həyat yoldaşından 5 il əvvəl ayrılıb. Yenidən ailə həyatı qurmaq üçün F.Musayev arvadına barışıq təklifi edib. Lakin onların arasında mübahisə düşüb. Bu zaman ər öz arvadını bıçaqlamaq istəyib. Mübahisə zamanı kürəkəninin qızını bıçaqlayacağını görən B. Hüseynova onların arasına girib və nəticədə bıçaq qadına tuş gəlib.

F.Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv