!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qardaş bacısını qətlə yetirib

!Reklam – Yazi

qizi_olduren9Aprelin 17-də Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi detallar üzə çıxıb. Qardaşı tərəfindən qətlə yetirilən 34 yaşlı Davidova Turanə Anatoli qızının qardaşı ilə münaqişəsi yaranıb. Münaqişəyə Turanə Davidovanın ərə getmək istəməsi səbəb olub.

Belə ki, Turanə Davidova indiyədək iki dəfə ərdə olub. Onun ikinci həyat yoldaşı keçən ilin yanvarında intihar edib. Bundan sonra qadın 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki kirayədə yaşayıb. Bir müddət əvvəl Turanə Davidova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa başlayıb. Turanə Davidovanın bundan narazı qalan 39 yaşlı qardaşı Elşad dünən onun kirayədə qaldığı evə gəlib.

Həmin vaxt qadının nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş qəfəsindən bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən zaman Turanı Davidovanın azyaşlı üç övladı da evdə olub. Uşaqlar köməyə qonşuları çağırmaq istəsələr də, Elşad Davidov buna mane olub.

Elşad Davidov bacısını qətlə yetirdikdən sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təslim olub.

Elşad Davidov ilkin ifadəsində bacısının keçirdiyi həyat tərzi ilə bağlı ona xəbərdarlıq etdiyini və münaqişənin də bu zaman yarandığını deyib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Davidovlar əslən Ağdam rayonundadırlar və Bakıda məcburi köçkün kimi məskunlaşıblar.(Musavat)

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv