!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qatar adam vurdu – Sərnişinlər yolda qaldı

!Reklam – Yazi

qatarvurduSumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında bu faktı təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, bu gün səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: “Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyi eşitməyib. Nəticədə belə hadisə baş verib. Həmin şəxs hadisə yerində keçinib. Onun şəxsiyyəti hələki müəyyən edilməyib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyir, qatarların hərəkəti bərpa edilib”.

 

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv