www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Qəmbərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun anında Qaradağın Sahil qəsəbəsində baş verib. Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Elçin Söhbət oğlu sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi bina 12-nin qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı 1977-ci il təvəllüdlü Əliyev Cəmaləddin Ağamirzə oğlu arasında mübahisə düşüb.
Bundan sonra E.Qəmbərov özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb. E.Qəmbərov ikinci dəfə qaynını vurmaq istəsə də silah açılmayıb.

Xəstəxanaya çatdırılan C.Əliyevin həyatını xilas etmək mümkün olub.
E.Qəmbərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."