Bakıda qonşu qonşunu baltaladı

Bakıda qonşu qonşunu baltaladı

Müəllif: Redaktor

Baş Redaktor

17

Ötən gecə Bakıda qonşular arasında dava olub.

Hadisə Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsində baş verib.

Şəxsi münaqişə zəminində başlayan dava zamanı qonşusu Xudakərim Əliyevin başına balta ilə zərbə endirib. Zərərçəkən zərbədən sonra yerə yıxılıb və huşunu itirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı Xudakərim Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri görülür. (Musavat.com)

Yenicag.az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti