www.sinerjipro.net

SinerjiProWide
Reklam

c34d41fe-ca99-48c5-a13d-07ec9b73ffd8_450-212x300Bakıda fəaliyyət göstərən “Kasap Döner Bakü” restoranında lavaşda bir dönər yeyən şəxs buna görə 12 manat ödəyib. “Report”un məlumatına görə, bu qiymət sosial şəbəkələrdə narazılıq doğurub.

Qəbzin fotosunda 2 lavaş arası, 4 çörək arası dönər və 1 “Coca-cola” içkisi sifariş edən şəxsin ümumilikdə 49 manat 75 qəpik ödədiyi görünür.

“Kasap Döner Bakü” restoranından “Report”a sosial şəbəkələrdə yayılan qəbzin onlara aid olduğu təsdiqlənib: “Bizim restoranda normal, standart dönərin qiyməti 3 manatdır. Sadəcə, kafenin qaydalarına görə müştəri istəyinə görə ətin ölçüsü dəyişir. Qəbul olunan standartlara görə adi yerlərdə satılan dönərlərin içərisində olan ətin çəkisi 50-60 qram arasındadır”.

Qiymətlərin belə baha olmasının səbəbinə gəlincə, restorandan burada şəraitin yüksək olması, bütün içliklər, sous və mayonezlərin Türkiyədən sifarişlə gətirilməsi ilə izah edilib: “Azərbaycandan isə yalnız ət alınır. Təzə dana ətindən dönər hazırlanır. Digər dönərlərdən fərqli olaraq bizdə yalnız yarpaq ətdən istifadə olunur. Qiymətlər də məhz buna görə təyin olunub. Sosial şəbəkələrdə yayılan qiymət isə içərisində 200 qram ət olan dönərin qiymətidir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə “Report”a deyib ki, Azərbaycanda dönərlərin hazırlanması üçün standartlar müəyyənləşdirilib: “Əsas tələb odur ki, dönərin içi standartlara, normalara uyğun hazırlansın. Eyni zamanda, ətin və dönəri hazırlamaq üçün lazım olan tərkibin miqdarı əvvəlcədən müəyyən olunub. Qiymətləri qanunsuz olaraq artırmaq yolverilməzdir. Bunu edən də işi qeyri-qanuni edir. Azərbaycan Prezidenti dəfələrlə süni artırılan qiymətlər barədə cəmiyyətə tapşırıq verib. Bu məsələni ictimailəşdirib dövlət qurumları ilə birlikdə qabaqlayıcı tədbir görmək lazımdır”.

trr

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 321
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."