www.sinerjipro.net

SinerjiProWide
Reklam

99826Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi “Zəngəzur” şadlıq sarayı bağlanıb. Bu barədə  Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.

İ. Abdullayev bildirib ki, şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar hazırda labarotor müayinələr davam etdirilir. Şöbə müdiri bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: “Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib”.

İ. Abdullayev günün sonuna qədər müayinələrin nəticələrinin bəlli olacağını söyləyib.

Xatırladaq ki, Bakıda “Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə baş verib. Avqustun 8-da Binəqədi rayonundakı “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hazırda 36 nəfərin müalicəsi davam edir, onlardan bir neçəsi saat 12:00 radələrində evə buraxılacaq. Hazırda xəstəxanada müalicə alanlardan 15-i uşaqdır(mövqe).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."