Bakıda səfirlik avtomobili qəzaya düşüb

Müəllif: Redaktor

Editor

qeza-yol-nishaniBakıda səfirlik avtomobili qəzaya düşüb.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun A. Əliyev küçəsi 3 ünvanında qeydə alınıb. İndoneziyanın Azərbaycandakı səfirliyinə məxsus “Honda” markalı avtomobil “Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən “Honda” markalı avtomobil İndoneziyanın Azərbaycandakı hərbi attaşesinə məxsus olub.

Avtomobili isə Ferdi Cokogyanda adlı şəxs idarə edib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır