www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dünən 12-15 oktyabr tarixləri arasında Bakıda keçiriləcək II Türk Dünyası Sənədli Film Festivalının açılış mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, mərhum azərbaycanlı rejissor, ssenarist və aktyor Tofiq İsmayılovun xatirəsinə həsr olunmuş gecədə Türkiyə və Azərbaycan rəsmiləri iştirak ediblər. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Jurnalistlər Federasiyasının sədri Menderes Demir, tanınmış rejissor və xalq artisti Oqtay Mirqasımov və Azərbaycan Yazıçılar Birliyini sədri Anar çıxış ediblər.

Erkan Özoral festivalın türk dövlətləri üçün əhəmiyyətindən bəhs edib və bu sahədə fəaliyyət göstərən rejissorlara uğurlar arzulayıb.

Türkiyə səfirinin mədəniyyət müşaviri İrfan Çiftçinin moderatorluq etdiyi açılış mərasimində “Sıraç” sənədli filmi nümayiş olunub.

Film 1000 il əvvəl Orta Asiyadan Anadoluya köç edən Oğuz boylarından Bəydili tayfasına mənsub sirac türkmanlarından bəhs edir. Anadolunun dağlıq bölgələrində yaşayan siraclar adət-ənənələrini bu gün də davam etdirir və onları mədəni irs kimi gələcək nəsillərə ötürmək üçün əlindən gələni edir. Tokatın Zilə rayonunun Karacaörən kəndində aparılan çəkilişlərdə sirac türkmanlarının inancları və adət-ənənələri kontekstində doğum-nigah-ölüm üçlüyü təsvir edilib. 3 hissəlik sənədli filmin sonuncu bölümü təqdim olunub.

Filmin rejissoru Gülşan Saru səhnəyə çıxaraq, gördüyü işin məsuliyyətindən danışıb və bildirib ki, filmdə peşəkar aktyorlar deyil, kənd sakinləri çəkilib:

“Yerli əhalinin oynadığı səhnələrdə insanlar əslində, öz həyatlarını nümayiş etdiriblər. Filmin ilk izləyiciləri də məhz kənd sakinləri olub. Onların razılığını aldıqdan sonra film işıq üzü görüb.”

Gecənin sonunda müfakatlandırma mərasimi keçirilib.

Aytək Yusifsoy

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 841
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."