Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub

Müəllif: Redaktor

Editor

avtobusNizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun Koroğlu stansiyasının yaxınlığında dayanacaqda sərnişin avtobusunu gözləyən 65 yaşlı Umarova Xaisə Umar qızı səkidən aşağı enərkən 184 nömrəli xətt üzrə işləyən avtobus onu vurub.

X.Umarova ağır kəllə-beyin travması alıb. Ahıl qadın polis əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır