Ads by Google

hightechnic
Ads by Google

dhs-300x208Ötən gecə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı sərxoş qadın sürücü saxlanılıb.

APA TV-nin xəbərinə görə, Babək prospekti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilə “Saxla!” əmri verilib.

YPX əməkdaşı Bəhram Əhmədovun sözlərinə görə, avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və maşındakı rəfiqəsi sərxoşdur: “Sürücü sutkanın qaranlıq vaxtında uzaqvuran işıqlardan istifadə qaydasını pozduğu üçün işarə verdik. Sürücü işarəyə məhəl qoymadan hərəkətini davam etdirdi və qarşı postda saxlanıldı. Sürücüyə yaxınlaşdıq, özümüzü təqdim etdik. Məlum oldu ki, sürücü avtomobili sərxoş halda idarə edir”.
Qadın sərnişin polis əməkdaşlarına çətin anlar yaşadıb. Sürücü isə avtomobildən düşmək istəmədiyi və sərnişin müqavimət göstərdiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların işinə maneçilik törədən sərnişin polis bölməsinə, avtomobil isə cərimə meydançasına aparılıb yerləşdirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."