Yazı İçi 468×60

terminal_271214_1Rusiyanın “Terminal Solutions LLC” şirkəti Azərbaycanın mobil rabitə operatorları ilə Sim-kartların satışı üzrə aparatların (“Simkomat”) çatdırılması ilə bağlı danışıqlar aparır. Bu barədə şirkətin icraçı direktoru Artyom Subbotin bildirib.

Onun sözlərinə görə, danışıqlar hər üç operatorla (Azercell, Bakcell və Azerfon) aparılır. Operatorlarla “simkomat”ların çatdırılması üzrə ilkin razılaşma artıq əldə olunub və ilk çatdırmalara 2015-ci ildə başlanacaq.

“Simkomat” Sim-kartların satışının avtomatlaşdırılmasına imkan verir. Müştərinin eyniləşdirilməsi terminala quraşdırılmış kameranın köməyi ilə çəkilmiş pasport və şəkil vasitəsilə həyata keçirilir.

Qurğunun iş prinsipi aşağıdakı kimidir. İstifadəçi öz pasportunu skan edir, kamerada şəklini çəkdirir, doldurulmuş müqaviləni əldə edir və sənədi yenidən qurğuda yerləşdirir. Terminal istifadəçinin pasport və müqaviləsini yoxladıqdan sonra o, Sim-kartın dəyərini ödəyir. Bundan sonra aparat kart, müqavilənin abunə variantını və çek təqdim edir(trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."