Ads by Google

hightechnic
Ads by Google

boyrek2Bakının mərkəzində açıq şəkildə böyrək satışı ilə bağlı elanlar yerləşdirilib.

Elanlarda böyrəyin hansı qan qrupuna məxsus insana aid olması, qiyməti və əlaqə telefonları yer alıb. Şəhərin bir neçə yerində rast gəlinən elanların məzmunu və çap olunma formalarından bunun eyni şəxs və ya şəxslər tərəfindən hazırlandığını sezmək mümkündür. Şəhərin Qara Qarayev metrosu yerləşən ərazisində çəkildiyi deyilən və eyni divarda iki müxtəlif böyrək satışı elanı asılsa da, əlaqə telefonları müxtəlif qeyd olunub. Bu isə çox güman ki, elanların bir şəbəkə tərəfindən yerləşdirilməsi ilə bağlı diqqəti yayındırmaq üçündür.

İnsan Hüquqları Komitəsinin üzvü Çingiz Qənizadə açıqlamasında bildirib ki, küçə və meydanlarda böyrək alveri ilə bağlı vurulan elanlar cinayət xarakterlidir: “Bu cür alqı-satqının başqa adamlar tərəfindən qeydə alınması Azərbaycan qanunvericiliyinə ziddir. Hesab edirəm ki, bunun qarşısı dərhal alınmalıdır. Həmin adamlar hüquq-mühafizə orqanları tərəfindən tapılıb ifşa olunmalıdır. Bu Azərbaycan hüquq-mühafizə orqanlarının əlində elə də çətin iş deyil. Həqiqətən də böyrək alveri ilə məşğul olan insanlar varsa, onlar qanun qarşısında cavab verməlidirlər”.

Ç.Qənizadə qeyd edib ki, Milli Məclisdə böyrək köçürülməsi ilə bağlı qanunu qəbul edərkən o və digər deputatlar çıxışında insanlara sərbəstlik verilməsini istəyib: “Biz o vaxt müzakirədə dedik ki, qohumlarına düşməyən donor varsa onu başqasından alsınlar. Yəni, insanların öz aralarında razılaşma olsun. Həmin vaxt Səhiyyə Nazirliyi bunu belə əsaslandırdı ki, sərbəstlik məsələsi böyük alver predmetinə çevriləcək, mütəşəkil dəstələr peyda olacaq”.

Millət vəkili hesab edir ki, bu gün kimlərinsə böyrəyinin kimlərəsə satılması ilə məşğul olanlar cəzalanmalıdır: “Böyrək könüllük əsasında köçürülməlidir. Onsuz da böyrəklə bağlı problemlər çoxdur. Ola bilər ki, gələcəkdə buna bir sərbəstlik verilsin. Amma bu, hansısa qrupların, hansısa dəstənin əli ilə deyil, aidiyyatı qurumların göstərişi ilə olmalıdır. Elan verənlər isə bu məsələdə sadəcə vasitəçilik edirlər. Bunun da qarşılığında müəyyən harrac güdürlər”(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 805
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."