Bakıda sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb

Müəllif: Redaktor

Baş Redaktor

Bakıda ər-arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü İbrahimov Pərviz Ədil oğlunu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Abbasova Talehə Məhəmməd qızını vurub. Nəticədə hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

P. İbrahimov polisə ilkin ifadəsində onların “Opel” markalı avtomobil tərəfindən vurulduğunu bildirib.

Qeyd edək ki, hadisəni törətmiş sürücü ərazidən qaçıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(report.az)

Yenicag.az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti