Bakıda sürücü polisi döyüb

Müəllif: Redaktor

Editor

dava11Bakıda maşını içkili vəziyyətdə idarə etdiyi üçün saxlanılan sürücü polisi döyüb.

Xətai rayonu ərazisində Bakı sakini 1976-cı il təvəllüdlü İlqar Abbasovun idarə etdiyi “Audi” markalı avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər. Sürücü müayinə üçün Zığ yolu küçəsində yerləşən narkoloji dispanserə aparılıb.

Sərxoş sürücü müayinə zamanı Post Patrul Xidməti Bölüyünün serjantı Tariyel Eyyubovu döyüb, ona yumruq zərbəsi endirib. Polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır(Musavat).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır