www.sinerjipro.net

SinerjiProWide
Reklam

Taksi sürücüləri hava limanında turistlərin “Bakubus” avtobuslarına minməsinə mane olur.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mənsur Piriyev sosial şəbəkədə yazıb.

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq “BakuBus”a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir. Onların ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyirlər:

“Əlbəttə taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yanlış məlumatlar vermədən həyata keçirilməlidir. Baxmayaraq ki, onlar üçün xüsusi yer, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə olan aşırı “sevgiləri” onları sakit buraxmır”.

Taksi sürücüləri tərəfindən turistlərə təklif olunan gediş haqqının miqdarı isə xeyli yuxarıdır. Bu rədəm 30-40 manat, bəzi hallarda isə 60 manata kimi yüksəlir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1751
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."